XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 10:45

Avropa İttifaqı Navalnının zəhərlənməsi ilə bağlı araşdırma tələb edir:"Bu, vacibdir"

Avropa İttifaqı rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ehtimalı ilə əlaqədar vəziyyətin dərhal və şəffaf şəkildə araşdırılmasına çağırıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamasında deyilir.

“Rusiya hakimiyyətinin dərhal müstəqil və şəffaf şəkildə araşdırmalara başlaması vacibdir”, – deyə açıqlamada qeyd olunur. Borrelin sözlərinə görə, dünyada və Rusiya Federasiyasında faktları bilmək istəyirlər.

“Berlindəki “Charite” xəstəxanasında götürülən ilkin analiz nəticələri Aleksey Navalnının zəhərləndiyini göstərir. Navalnının müalicəsi üçün xəstəxanaya minnətdarıq və onun tez sağalmasını arzulayırıq”, – sənəddə deyilir/APA.