XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 13:54

İranın Atom Enerjisi Təşkilatının rəhbəri:"Biz üzərimizə götürdüyümüz öhdəliklərə əməl edəcəyik"

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi ilə danışıqlar konstruktiv keçdi”.

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi AEBA-nın baş direktoru ilə Tehranda baş tutan görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“İran üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, lakin əlavə heç bir yeni öhdəlik götürməyəcək”, – deyə Əli Əkbər Salehi əlavə edib.

AEBA-nın baş direktoru Rafael Mariano Qrossi isə bildirib ki, İranla əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.

“Agentliyin yanaşması dəyişməyib, əməkdaşlığımız davam edir və biz bu əməkdaşlığı genişləndirməyə razılaşdıq”, – deyə baş direktor Qrossi bildirib.

Baş direktor qeyd edib ki, üçüncü ölkələrin AEBA və digər ölkələr arasında əlaqələrinə təsir göstərməsinə imkan verilməyəcək.

İrana gəldikdə, cənab Qrossi İranla bağlı məsələdə təzyiqlərin olduğunu, lakin AEBA-nın bu təzyiqlərin hər hansı təsirlə nəticələnməsinə imkan verməyəcəyini vurğulayıb/APA.