Avropa Komissiyası işsizliklə mübarizə üçün Avropa İttifaqının 15 ölkəsinə 81,4 milyard avro ayırmağı təklif edib.
Azərtac xəbər verir ki, SURE proqramı daxilində veriləcək yardımı Avropa İttifaqı Şurası təsdiq etməlidir. Ən böyük məbləğ İtaliyaya 27,4 milyard, İspaniyaya 21,3 milyard, Polşa 11,2 milyard və Belçika 7,8 milyard verilməyi gözlənilir. Ən az məbləği isə əsasən Şərqi Avropa ölkələri alacaqlar. Bolqarıstana işsizliklə mübarizəyə 511 milyon avro ayrılacağı gözlənilir.
Qeyd edək ki, Avropa Komissiyasının iyulun sonunda səsləndirilən proqnozuna əsasən Aİ-də 2020-ci ildə ÜDM-nin 8,3 faiz enəcəyi gözlənilir.