XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 23:02

“Qantas Airways Ltd.” 2400 əməkdaşını ixtisar edəcək- Koronavirus pandemiyasına görə

Avstraliyanın “Qantas Airways Ltd.” şirkəti koronavirus pandemiyasına görə daha 2400 əməkdaşını ixtisar edəcək.

Azərtac xəbər verir ki, bu barədə şirkət rəhbərliyi avqustun 25-də bəyan edib. Avstraliyanın aparıcı aviaşirkətində planlaşdırılan ixtisarların təqribən 6000 nəfəri əhatə edəcəyi barədə hələ iyun ayında elan olunub. Bu isə ixtisarın şirkət əməkdaşlarının təqribən beşdə birini əhatə edəcəyi deməkdir.

Həmin işçilərin əsasən, aeroportlarda baqajın işlənməsi, Sidney aeroportu yaxınlıqdakı obyektlərdə müştəriləri və əməkdaşları daşıyan avtobus xidmətindən seçiləcəyi qeyd edilir.

“Qantas Airways Ltd.” şirkətinin daxili bazar üzrə bölməsinin rəhbəri Endrü Devid bildirib ki, pandemiya aviasiya sahəsinin nə vaxtsa qarşılaşdığı ən böyük problemə çevrilib. Hazırda daxili uçuşlar pandemiyaya qədər olan dövrdəkinin yalnız 20 faizini təşkil edir.

“Yerüstü əməliyyatlar üzrə işin digər mütəxəssislərə verilməsi il ərzində istismar xərclərini 100 milyon dollara qədər qənaət etməyə imkan yaradacaq”, – deyə bölmə rəhbəri bildirib.

Əlavə olaraq qeyd edək ki, şirkətdə ixtisarlar barədə elan aviadaşıyıcının 2,7 milyard Avstraliya dolları (1,9 milyard ABŞ dolları) məbləğində ziyana düşməsi barədə xəbərin yayılmasından bir həftə sonra edilib.