XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 23:44

“CAR iqtisadiyyatının bərpası üçün beş il vaxt lazım olacaq”- BMT-dən proqnoz

BMT-nin hesablamalarına görə COVID-19 pandemiyası səbəbindən proqnozlaşdırılan resessiyadan sonra özünə gəlmək üçün Cənubi Afrika Respublikasının (CAR) iqtisadiyyatına 5 il tələb olunur.

CAR Mərkəzi Bankının proqnozuna görə Afrikanın ən yüksək sənayeyə malik ölkəsində ÜDM 7,3 faiz azalacaq.

COVID-19 pandemiyasının qarşısını almağa cəhd edən CAR Prezidenti Siril Ramafosa martın sonunda ölkənin iqtisadi fəaliyyətini “donduran” məhdudlaşdırıcı tədbirlər görülməsi barədə göstəriş verib. Həmin vaxtdan əksər məhdudiyyətlər aradan götürülüb, lakin onlara riayət olunması Cənubi Afrika biznesinə və insanların rifahına ciddi təsir göstərib.

Cənubi Afrika Respublikası – Afrikanın Böyük Səhradan cənubda yerləşən ölkəsidir. COVID-19-dan daha çox əziyyət çəkən bu ölkədə 600 mindən artıq yoluxma və 13.159 ölüm faktı qeydə alınıb.

Cənubi Afrika iqtisadiyyatı hələ pandemiyadan əvvəl aşağı artım sürəti, dövlətin maliyyə vəziyyətinin pisləşməsi, yaxın aylarda artmaqda davam edəcəyi gözlənilən işsizliyin səviyyəsinin 30 faizə çatması kimi çətinliklərlə üzləşib.

BMT-nin İnkişaf Proqramının məlumatına görə, səhiyyə sahəsində böhranın ölkədə yoxsulluğun daha da artmasına və orta təbəqəyə aid ev təsərrüfatlarının üçdəbirinin yoxsul təbəqəyə sürüklənməsinə səbəb olacağı gözlənilir.

Müəssisələrin və ən yoxsul əhalinin dəstəyinə 24 milyard avro dəyərində dəstək planını təsdiqləyən Prezident Siril Ramafos yeni iqtisadiyyatın inkişafı üzrə yeni proqramın hazırlanmasını vəd edib. Bu proqram yeni iş yerlərinin açılmasına və inklüziv artıma şərait yaradacaq.

Pandemiyaya qarşı mübarizə tədbirləri dünya iqtisadiyyatının bir çox sahələrini iflic edib və Beynəlxalq Valyuta Fondunu özünün təqribən 75 illik tarixi ərzində misli görünməmiş proqnozlar verməyə məcbur edib: 2020-ci ildə dünya iqtisadiyyatı 4,9 faiz aşağı düşə bilər, eyni zamanda, ABŞ-da bu rəqəm 8 faiz, avro zonasında – 10,2 faiz, Yaponiyada isə 5,8 faiz təşkil edə bilər(azərtac).