XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 00:13

Stefane Dujarrik:"Liviya humanitar fəlakət astanasındadır"

BMT Baş katibinin sözçüsü Stefane Dujarrik bildirib ki, hazırda Liviyanın Sirtə şəhərində davam edən döyüşlər COVID-19 pandemiyası dövründə bu ölkədə ağır olan vəziyyəti daha də gərginləşdirib. O əlavə edib ki, Liviya humanitar fəlakətin astanasındadır.

BMT-nin rəsmisi Sirtə şəhərində 125 min sakinin həyatının təhlükədə olduğunu bəyan edib. O xatırladıb ki, Baş katib Antonio Quterreş Liviyada münaqişə tərəflərinin atəşkəs elan etməsini alqışlayıb və indi bu sözlərə əməl etmək vaxtıdır. Dujarrik əlavə edib ki, Liviya Afrikadan Avropaya yollanan qanunsuz miqrantların əsas bazasıdır və iki gün əvvəl daha 45 afrikalının Aralıq dənizində boğularaq ölməsi, minlərlə qaçqının Tripoli ətrafında sığınacaq axtarması vəziyyəti daha da ağırlaşdırır. Digər tərəfdən, bu ölkədə COVID-19-a 11 min nəfərin yoluxması, 200-dən çox insanın həyatını itirməsi də məlumdur. BMT-nin yardım missiyası bu insanlara kömək etməkdə çətinlik çəkir.

BMT Baş katibinin sözçüsü bildirib ki, çətinliklərə baxmayaraq, təşkilat və onun tərəfdaşları Liviyada 243 min insana, o cümlədən 66 min məcburi köçkünə və 58 min miqranta humanitar yardım göstərib. Lakin Liviyada daha bir problem – elektrik enerjisi təchizatında böhran yaranıb. Xəstəxanalara və evlərə yalnız sutkanın 18 saatı müddətində elektrik enerjisi verilir. “Liviyada atəşkəsə əməl edilməlidir, əks halda tezliklə aclıq da başlaya bilər”, – deyə Dujarrik vurğulayıb(azərtac).