XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 00:24

Mövlud Çavuşoğlu:“Şərqi Aralıq dənizində gərginliyi azaltmaq üçün Almaniya ədalətli vasitəçi olmalıdır”

“Türkiyə Şərqi Aralıq Dənizi mövzusunda dialoqa hazırdır. Amma bunun üçün Türkiyəyə heç bir ölkə, özəlliklə Yunanıstan şərtlər qoya bilməz”.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan Almaniyanın Xarici İşlər naziri Hayko Maasla görüşdən sonra keçirilən mətbuat konfransda bildirib.

Türkiyəli nazir deyib ki, Şərqi Aralıq dənizində gərginliyi yaradan Yunanıstandır: “Bunun üçün hazırda Avropa İttifaqına rəhbərlik edən Almaniyadan bu gərginliyi azaltmaq üçün ədalətli vasitəçi olmasını istəyirik”.

Bu gün səhər Yunanıstandan Türkiyəyə gəldiyini deyən H.Maas bildirib ki, hər iki ölkə arasında gərginliyin aradan qaldırılması üçün tərəflərlə ciddi görüşlər keçirilib.

Almaniyalı nazir qeyd edib ki, hər iki tərəf – həm rəsmi Afina, həm də rəsmi Ankara dialoqa hazır olduğunu bildirsə də, tərəflər biri-birini günahlandırdığı üçün problemin həlli çətinləşir, amma buna baxmayaraq, bu gərginliyin hərb yolla yox, siyasi yolla həllinə nail olunacaq.