XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 10:37

“Britaniyanın Baş naziri səhhətilə bağlı vəzifəsindən istefa verə bilər”- “The Times”

“Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxduqdan sonra səhhətində yaranan problemlərə görə təxminən altı ay müddətində istefa verə bilər”.

APA “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti Baş nazirin müşaviri Dominik Kumminqsə istinadən məlumat dərc edib.

Baş nazirin qayınatasına istinad edərək açıqlama verən müşavir Baş nazirin 2021-ci ilin əvvəlində təqaüdə çıxmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, bu ilin aprel ayında koronavirusa yoluxan Boris Conson reanimasiyaya yerləşdirilmişdi.

Həkimlərin səyi nəticəsində Baş nazir koronavirusa qalib gəlmişdi.