Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında partlayış olub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Sakinlərdən biri itkin düşüb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Partlayış nəticəsində binanın 12 mənzili çöküb. Dağıntılar altından 19 nəfər xilas edilib.
Hadisəyə qaz sızması səbəb olub.