XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 11:31

Moskvada yaşayış binasında partlayış olub, yanğın başlayıb- FOTO

Bu gün Rusiyanın paytaxtı Moskvanın Kubinka küçəsində yaşayış binasında partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partlayışdan sonra binanın 3, 4, və 5-ci mərtəbəsində yanğın başlayıb.

Yanğının yüksək dərəcəli olduğu elan edilib. Hadisə yerində xeyli sayda yanğınsöndürən və texnika cəlb olunub.

Yuxarı mərtəbələrdə yaşayan sakinlər yardım istəyir.

İlkin məlumata görə, bir qadın xəsarət alıb, 10 nəfər xilas edilib. 

Yanğının məişət qazının partlaması nəticəsində baş verdiyi ehtimal olunur.