XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2020 - 12:24

Fransada COVID-19 pandemiyasının ikinci dalğası başlaya bilər- Noyabrda
COVID-19 pandemiyasının ikinci dalğası Fransada noyabrda başlaya bilər. 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə pandemiya ilə mübarizədə Fransa hökumətinə məsləhət verən elmi şuranın rəhbəri Jan-François Delfraissi deyib. “Noyabrda ikinci dalğa ilə üzləşəcəyimizlə bağlı qorxular var”, o bildirib.
Qeyd edək ki, Fransa Avropa regionunda koronavirusun təsirindən ən çoz zərər görən ölkələr arasındadır. İndiyə qədər bu ölkədə 30544 nəfər koronavirusdan vəfat edib.
Avqustun 25-də ölkədə 3304 yeni yoluxma, 16 ölüm faktı qeydə alınıb.