XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 13:45

Litva XİN Lukaşenkoya sanksiya tətbiq edir- Açıqlama
Litva Xarici İşlər Nazirliyi ölkəyə girişinə qadağa qoyulması nəzərdə tutulan Belarus rəsmilərinin siyahısını artırıb. 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər naziri Linas Linkeviçiusun müşaviri Rasa Yakilaytene deyib.
“Litva Xarici İşlər Nazirliyi ölkənin Daxili İşlər Nazirliyinə Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla 118 nəfərin adı olan yenilənmiş bir siyahı göndərib”, -deyə müşavir bildirib.
Bu sanksiya tətbiq olunacaq şəxslərin yenilənmiş siyahısıdır.
Xarici İşlər Nazirliyi daha əvvəl Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırılması və dinc etirazçılara qarşı güc tətbiq edilməsinə görə məsuliyyət daşıyan 32 nəfərin adının olduğu ilkin siyahını avqustun 19-da Daxili İşlər Nazirliyinə təsdiq üçün təqdim etmişdi. Növbəti gün Baş nazir Saulius Skvernyalis texniki məsələlərin olduğunu söyləyərək, bunların həllindən sonra siyahının elan olunacağı bildirdi.
Sanskiyalar siyahıya daxil olan şəxslərin Litvaya girişinə qadağa qoymaqla yanaşı? onların Litvadakı hər hansı maliyyə qurumlarında olan vəsaitlərini dondurmağı nəzərdə tutur.