XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2020 - 20:45

ABŞ hökuməti böyük mükafat təklif edir- Əfqanıstanda itmiş iki amerikalı barədə məlumata görə

ABŞ hökuməti Əfqanıstanda itkin düşmüş iki amerikalının hər biri barədə məlumata görə, 5 milyon dollaradək mükafat təklif edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd olunur ki, mükafatlar Mark Frerixs və Pol Overbni barədə məlumatlara görə veriləcək.

Pol Overbi sonuncu dəfə 2014-cü ildə görünüb. Mark Frerixs isə 2020-ci ilin fevralında itib.

Onların hər ikisinin qaçırıldığı ehtimal edilir.