XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 21:12

“TikTok” ilk dəfə qlobal istifadəçi statistikasını açıqlayıb

Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” xidmətinin rəhbərliyi ilk dəfə istifadəçilərin sayını, onların aktivliyini, həmçinin 2 il ərzində auditoriyanın artmasını açıqlayan qlobal statistika dərc edib.

Azərtac xarici saytlara istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə amerikalı istifadəçilərin aylıq aktiv auditoriyası üzrə artım 800 faiz təşkil edib. Eyni zamanda mobil proqramdan daima istifadə edən amerikalıların sayı 100 milyondan çoxdur, 50 milyon gündəlik “TikTok” xidmətindən istifadə edir.

Müvafiq artım tempi bütün dünyada müşahidə edilir.

2018-ci ildə “TikTok” xidmətinin ümumi auditoriyası 55 milyon idi. 2018-ci ilin sonuna bu göstərici artıq 271 milyon istifadəçi olub. 2020-ci ilin avqustuna olan statistikaya görə, mobil proqram 2 milyard dəfədən çox yüklənilib. “TikTok” analitiklərinin hesablamalarına görə, 2020-ci ilin iyulunadək xidmətin aktiv auditoriyası 700 milyona yaxınlaşıb.