XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2020 - 21:28

Sentyabrın 15-də məktəblər, oktyabrın 1-də isə uşaq bağçaları açılacaq- Gürcüstanda

Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq. Uşaq bağçalarının açılışı isə oktyabrın 1-nə nəzərdə tutulur.

Azərtac xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, sentyabrın 15-dən Gürcüstandakı muzeylər və teatrlar da fəaliyyətini bərpa edəcək. Kinoteatrlar isə oktyabrın 1-dən fəaliyyətə başlayacaq.

Baş Nazir deyib ki, məktəb və uşaq bağçalarında sürətli dezinfeksiya tədbirləri görülür. Təhsil və uşaq tərbiyə müəssisələrinin fəaliyyəti üçün müəyyən qaydalar da işlənib hazırlanıb.