Qazaxıstan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilmiş karantin tədbirlərinin yumşaldılmasının ikinci mərhələsinə avqustun 31-dən başlanılmasına dair qərar qəbul edib.
Azərtac xəbər verir ki, bu barədə İdarələrarası Komissiyanın iclasının yekunlarına dair məlumatda deyilir.
Məhdudlaşdırıcı tədbirlər COVID-19–un ölkə üzrə yoluxma dərəcəsində 10 dəfə, təcili yardım çağırışlarının sayını 4,2 dəfə azalmalardan sonra qərara alınıb.
Qeyd edək ki, Qazaxıstanda son günlərdə yoluxma sayında azalmalar qeydə alınıb.
Xatırladaq ki, avqustun 17-dən Qazaxıstanda karantinin mərhələli şəkildə yumşaldılmasına başlanılıb. 2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.