XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2020 - 22:29

Ərdoğandan tarixi mərasimdə Yunanıstana sərt xəbərdarlıq:"Yoxolmanı göz önünə alacn, buyursun, çıxsın önümüzə..." - VİDEO

“Məhvolma, yoxolmanı göz önünə alacaq ölkə varsa, buyursun, çıxsın önümüzə”.

Strateq.az xəbər verir ki, bu sözləri tarixi Malazgirt döyüşünün ildönümü ilə bağlı çıxışında Türkiyə Prezidenti Ərdoğan deyib.

O, Aralıq dənizində Fransa, Yunanıstan, İtalıiya və Kiprin birgə hərbi təlim qərarına sərt reaksiya verərək, deyib ki, qorxunun əcələ faydası yoxdur: “Bəli, qorxunun əcələ faydası yoxdur. Məhvolma, yoxolmanı göz önünə alacaq ölkə varsa, buyursun, çıxsın önümüzə. Türkiyə Aralıq dənizində, Qara dənizdə, Egeydə mənafeyinə uyğun bütün haqqı alacaqdır. Bunu üçün siyasi, iqtisadi, hərbi baxımdan nə gərikirsə, o addımı da atacağıq. Türkiyə səbri sınanılacaq ölkə deyil. Gərəkirsə, bütün addımı atarıq deyirsək, atarıq, bədəli nə olursa olsun, ödəyər və edərik. Bədəlini ödəyəcək varsa, gəlsin qarşımıza…”.