XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2020 - 10:27

Braziliyada koronavirus:daha 47116 nəfər yoluxdu, 1085 nəfər isə öldü

Braziliyada son sutka ərzində daha 47 116 nəfərin koronavirus infeksiyasına yoluxması, 1085 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 717 156 nəfər yoluxub. Bu müddət ərzində 117 665 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 2 908 848 xəstə müalicə olunaraq sağalıb.