XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Avqust 2020 - 10:05

Ərdoğan Trampla telefonda danışdı:nələr müzakirə edilib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyənin Rabitə Nazirliyi açıqlama yayıb.

Danışıq zamanı xüsusilə Şərqi Aralıq dənizindəki ikitərəfli məsələlər və regional proseslər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Aralıq dənizinin şərqində qeyri-sabitlik yaradan tərəf olmadığını xatırladaraq, Ankaranın gərginliyin azaldılması və dialoqun baş tutmasının tərəfdarı olmasının atılmış konkret addımlarla sübuta yetirildiyini vurğulayıb/APA.