XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 11:18

Gürcüstanda daha 11 nəfərdə koronavirus aşkarlanıb –40 xəstə isə sağalıb

Gürcüstanda son sutkada koronavirusa 11 yeni yoluxma faktı müəyyən edilib, 40 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 447 nəfərə, sağalanların sayı isə 1 190-a çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib, 230 aktiv xəstənin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə 6 010 nəfər karantində, 236 nəfər isə stasionar nəzarətdə saxlanılır/Report.