Ermənistanda son sutka ərzində 203 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“Sputnik Armenia”nın verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 43270 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 864 nəfərə çatıb.
Ermənistanda indiyədək virusdan 36 988 nəfər sağalıb, 5 153 nəfər hazırda müalicə olunur/APA.