XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 12:05

Maykl Pens:"Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi qəbul edirəm"

Maykl Pens noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd kimi iştirakına rəsmi şəkildə razılıq verib.

Bu barədə Maykl Pens Merilənd ştatının Baltimor şəhərində çıxışında deyib.

“Prezident Trampın mənə göstərdiyi etimada minnətdarlıq hissi, Respublikaçılar Partiyasının dəstəyi və Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyiniz barədə qərarınızı təvazökarlıqla qəbul edirəm”, – deyə o, bildirib.

Maykl Pens ölkəsinin hazırda sınaqlardan keçdiyini qeyd edib.

“2020-ci ildə amerikalılar çox sınaqdan keçdilər. Ancaq xoşbəxtlikdən çətin zamanlarda bizə dəstək olmaq əzmində olan enerjili, qərarlı Prezidentimiz var”, – deyə Maykl Pens əlavə edib/APA.