XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

20 Mart 2016 - 12:06

Bu gün Qazaxıstandaparlament seçkiləridir

Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə başlayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Nur Otan partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.