XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2016 - 12:34

Rusiyada təyyarə qəzası ilə bağlı axtarış-xilasetməişləri başa çatdı

Martın 20-də səhər saatlarında Rostov-Don şəhərində “Boeing 737-800” tipli təyyarənin qəzaya uğradığı yerdə aparılan axtarış-xilasetmə işləri başa çatıb.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının fövqəladə hallar nazirinin birinci müavini Vladimir Stepanov bildirib.

Nazir müavini qeyd edib ki, səhər saat 9:00-da xilasetmə işləri başa çatıb. Axtarış-xilasetmə işləri 11 min kvadrat metr sahəni əhatə edib.

Məlum olduğu kimi, Dubaydan uçan “Boeing 737-800” tipli təyyarə martın 19-na keçən gecə Rostov-Don şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində 5 sərnişin və 7 heyət üzvü olmaqla, 62 nəfər ölüb.