XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2016 - 14:10

İstanbul terrorunda 2 ABŞ vətəndaşı dahəyatını itirib

Dünən İstanbulda baş verən teraktda 2 ABŞ vətəndaşı həyatını itirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Ned Prays məlumat verib: «İstanbuldakı terror aktında ölənlər arasında iki vətəndaşımız var».

Xatırladaq ki, terror hücumunda biri «kamikadze» olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölənlərin 3-ü İsrail vətəndaşı – Simha Simon Demri, Yonathan Suher, Avraham Godman, həmçinin 1-i İran vətəndaşı Ali Rıza Khalmandır.

Ölən israillilərdən 2-si həm də ABŞ vətəndaşıdır.