XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 21:20

Putin peyvənd edilən qızından danışdı:"İkinci peyvənddən 21 gündən sonra yenə də hərarəti qalxdı"

Rusiya prezidenti Vladimir Putin ölkəsində dünya üzrə COVİD-19-dan ən az ölüm göstəricisinin qeydə alındığını deyib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” kanalının jurnalisti Sergey Brilyova müsahibəsində bildirib ki, hazırda Rusiyanın səkkiz regionunda kütləvi immunitet formalaşıb: “Populyasiya immuniteti 25 faizi ötüb”.

Putin dünyada ilk olaraq qeydiyyatdan keçən koronavirusa qarşı Rusiya peyvəndindən də danışıb. O, bu peyvəndin qanunvericiliyə müvafiq qeydiyyatdan keçdiyini söyləyib: “Peyvəndi heyvanlar və könüllülər üzərində kliniki sınaqlardan keçirdik. Bu gün bizim mütəxəssislərə tam məlumdur ki, bu peyvənd dayanıqlı immunitet formalaşdırır”.

Rusiya Prezidenti koronavirus əleyhinə peyvənd olunan qızlarından birinin özünü yaxşı hiss etdiyini, onda koronavirusa qarşı antitel formalaşdığını bildirib: “Peyvəndən sonra onun 38,4, növbəti gün 37-dən bir az yuxarı hərarəti oldu. İkinci peyvənddən 21 gündən sonra yenə də hərarət qalxdı. Lakin hər şey normaldır”.

Putinin sözlərinə görə, qızı bu məsələ ilə bağlı onunla məsləhətləşməyib: “O, yetkin insandır. Özü bu barədə ixtisasını nəzərə alaraq könüllü kimi qərar qəbul edib”.

Putin koronavirusa qarşı “Vektor” mərkəzinin işləyib hazırladığı ikinci Rusiya peyvəndinin sentyabrda hazır olacağını söyləyib: “Əminəm ki, mütəxəssislər insanlara çox kömək edəcək möhtəşəm preparat hazırlayacaq”.

Rusiya Prezidenti ölkəsində pandemiyanın ikinci dalğasının olmayacağına ümid etdiyini də söyləyib. O, ikinci dalğanın dünyanın heç bir yerində baş verməyəcəyinə ümidvar olduğunu qeyd edib. Buna baxmayaraq, dövlət başçısı individuallıq və bəzi ölkələrdə çoxluğun maraqları ilə hesablaşmaq istəməməyin xəstəliyin yenidən baş qaldırmasına səbəb olduğunu vurğulayıb.

Putin ölkə vətəndaşlarına koronavirusun heç yerə yox olmadığını və bütün təhlükəsizlik tədbirlərinə riayət etməyin vacibliyini xatırladıb/APA.