XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 20:56

Polşa XİN Lukaşenkonun ittihamlarına cavab verdi:"Onun və ətrafındakıların fikirlərinə təəccüblə baxırıq"

“Polşa Belarusdakı yüksək vəzifəli şəxslərin Varşavaya qarşı ittihamlarından təəccüblənir və məyus olur”.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Polşanın Xarici İşlər nazirinin müavini Marçin Pşidaç Belarusun Polşadakı səfiri Vladimir Çuşevlə görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, səfir Belarus hakimiyyətinin ən yüksək nümayəndələrinin Polşaya qarşı səsləndirdiyi bir sıra yalnış ittihamlarla əlaqədar təcili Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazir müavini ölkəsinin bu ittihamlarla razılaşmadığını vurğulayıb: “Biz məyusuq, prezident Lukaşenkonun və onun ətrafındakıların fikirlərinə təəccüblə baxırıq. Bütün bunlar əsassızdır. Polşada sərhədlərin dəyişməsi və ya qoşunların hərəkəti barədə heç bir müzakirələr aparılmır. Fikrimizcə, bu, Belarus cəmiyyətini bəzi xəyali xarici düşmənlə qorxutmaq cəhdidir”.

Polşalı diplomat əlavə edib ki, nə onun ölkəsinin nə də NATO-nun Belarusa qarşı düşmən planları var.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı Belarusun Qrodno vilayətini ilhaq etmək planında ittiham edib/APA.