XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2020 - 00:07

Ukraynada ictimai fəallar atəşə tutuldu: ölən və yaralananlar var –Bir neçə nəfər isə girov götürülüb

Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.

Bu barədə Ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.

Polis faktla bağlı araşdırmalara başlayıb/Qafqazinfo