XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

20 Mart 2016 - 13:55

Türkiyədə böyük bayram şənlikləriləğv olunub

Türkiyə hökuməti Novruz bayramı ilə əlaqədar olaraq ölkə ərazisində güclü təhlükəsizlik tədbirləri həyata keçirir. Bu məqsədlə ölkə ərazisində bir sıra böyük bayram şənlikləri ləğv olunub.

İzmirdə keçirilmiş antiterror əməliyyatlarında 19 nəfər həbs olunub. On nəfərin axtarıldığı bildirilir. Rəsmi məlumata görə, artıq bir qismi zərərsizləşdirilmiş terrorçu qrup Novruz şənliklərinə hücum etmək, yanğın və digər metodlarla terror törətmək planlaşdırırmış. Digər antiterror əməliyyatı isə Adıyaman vilayətində həyata keçirilib. Şübhəli qismində saxlanılan 9 nəfərlik qrupdan 6-sı həbs edilib.

Qeyd edək ki, martın 19-da daxil olmaqla İstanbulda nəzərdə tutulan bir neçə böyük Novruz şənliyi ləğv olunub(azərtac).