XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2020 - 09:11

Britaniyada koronavirus:son sutkada iyun ayından bəri rekord sayda yoluxma qeydə alınıb

Böyük Britaniyada son sutka ərzində 1522 koronavirusa yoluxma halı qeydə alınıb. 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, iyunun 12-dən bəri müşahidə edilən rekord sayda artımdır.

Qeyd edək ki, son bir gündə ölüm sayı 12 nəfər olub.  Ümumilikdə isə ölkə üzrə 330 368 yoluxma, 41477 ölüm hadisəsi baş verib. (apa)