XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 09:21

“Trampın COVID-19-u “Çin virusu” kimi təqdim etməsi qəbuledilməzdir” –Çin diplomatı

Çinin Xarici İşlər naziri Uang Yi koronavirusun ilk dəfə ölkəsində meydana gəlməsi ilə bağlı fikirlərin düzgün olmadığını söyləyib.

Çinin baş diplomatı bu barədə avqustun 27-də Norveç Xarici İşlər naziri İne Eriksen Soreide ilə Oslo şəhərində keçirilən mətbuat konfransında bildirib.

Uang Yi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatına virusun olduğunu ilk dəfə rəsmi Pekinin bildirməsi COVID-19-un Çində meydana gəldiyini ifadə etmir: “Əslində, son aylar ərzində virusun dünyanın müxtəlif yerlərində aşkar edilməsi barədə də hesabatlar var.

Virus ilk dəfə haradan yaranması və bunun necə baş verməsi elm adamlarının, tibb mütəxəssislərinin öhdəsinə buraxılmalıdır”.

Çinin XİN başçısı məsələni siyasiləşdirməməyi, eyni zamanda ölkəsinin adının ləkələnməmısini tövsiyə edib.

O, ABŞ Prezidenti Donald Trampın COVID-19-u açıq-aşkar “Çin virusu” kimi təqdim edilməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb. (apa)