XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2016 - 16:22

Nazarbayev:“Demokratiya yolun başlanğıcı deyil, yolun sonudur”

 

nazarbayev

 

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkilərində seçki aktivliyi yerli vaxtla saat 14:00-a qədər seçki aktivliyi 70 faizi keçib.

 

APA-nın “Novosti-Kazaxıstan”a istinadən verdiyi məlumata görə, bunu  Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Tatyana Oxlopkova açıqlayıb.

T. Oxlopkova deyib ki, saat 16:00-a olan məlumata əsasən seçici aktivliyi 71,78 faiz təşkil edib.

Qazaxıstn prezidenti Nursultan Nazarbayev digər ölkələri Qazaxıstanı demokratiya yolunda “təqib etməməyə” çağırıb.

Qazaxıstan parlamentinə keçirildən seçkilərlə əlaqədar səs verdikdən sonra jurnalistlərin suallarını cavablandıran N. Nazarbayev deyib ki, demokratiya yolun başlanğıcı deyil, yolun sonudur.

Qazaxıstan prezidenti bildirib ki, tədricən islahatlar həyata keçirməklə, qanunlar qəbul etməklə demokratiya istiqamətində irəliləyirlər: “Bizi təqib etmək lazım deyil, çünki biz fərqliyik, bura Asiyadır. Bizdə fərqli münasibətlər, ailə münasibətləri, digər din və insanlar arasında fərqli imkanlar var”.

N. Nazarbayev qeyd edib ki, Qazaxıstan dünyada sülh uğrunda mübarizə aparır, nüvə silahından imtina təşəbbüslərinə qoşulub: “Biz inteqrasiya, bütün xalqların yaxınlaşması vasitəsi ilə sülhün təmin edilməsinə çalışırıq və bu işimizi davam etdirəcəyik”.