Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə vəziyyətin sabitləşdiyini deyib.
“Belta”nın verdiyi xəbərə görə, bu barədə Aleksandr Lukaşenko “Savuşkin-Orşa” MMC-də görüş zamanı bildirib.
“Belarusda etirazlar sona çatdı, iqtisadiyyatla məşğul olmağın vaxtıdır”, – deyə Lukaşenko vurğulayıb.
O qeyd edib ki, Belarusda insanlar fikirlərinə görə təzyiqə məruz qalmayacaq: “Burada çox sayda jurnalist var. Onların yarısı hökumətin fikirləri ilə razılaşmaya və fərqli fikirdə ola bilər. Hazırda bu mübahisələrə ehtiyac duymuruq. İqtisadi sektora diqqət yetirməliyik”. (apa)