XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 19:12

Cozep Borrell:"Belarus ikinci Ukrayna olmamalıdır"

“Belarus ikinci Ukrayna olmamalıdır”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell Berlində Almaniya Xarici İşlər naziri Hayko Maasla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Belarus barədə danışdım. Belarus geosiyasi məsələ deyil, olmamalıdır da. Belarus ikinci Ukrayna olmamalıdır. Belarus xalqı kimə – Aİ-yə, yoxsa Rusiyaya daha yaxın olmaq məsələsini müzakirə etmir. Əsas məsələ Belarusda demokratiya, azadlıqlar və insan haqları ilə bağlıdır”, – deyə Cozep Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi deyib ki, Rusiya tərəfi də baş verənlərin Belarusun daxili işi olduğunu və Belarusun daxili işlərinə müdaxilə etməyəcəyini bildirib.

“Əgər Rusiya bir ölkənin müstəqilliyinə, suverenliyinə inanırsa, o zaman Rusiya Belarus xalqının arzularına və demokratik seçimlərinə hörmət edəcək. Rusiya indiyə qədər bunu deyib. Rusiya Prezidenti Vladimir Putin də Belarusa müdaxilənin olmayacağını bildirib. Ümid edirəm ki, bu, baş verməyəcək”, – deyə Borell vurğulayıb.

Sanksiyalarla bağlı suala cavabında C. Borrell bildirib ki, o, sanksiya siyahısı barədə məlumat verə bilməyəcək, çünki hələ Aİ-yə üzv dövlətlər bu siyahı üzərində işləyir.

“Əvvəlki siyahı qısa idi, orada 12 nəfərin adı vardı, daha sonra bu rəqəm 20-yə yüksəldi. Növbəti günlərdə bu rəqəmin artacağı gözlənilir, çünki üzv ölkələr yeni adlar təqdim edir. Bütövlükdə isə hər şey rejimin bundan sonra necə davranacağından asılı olacaq”, – deyə Ali Nümayəndə əlavə edib. (apa)