“Aleksey Navalnının zəhərlənməsinin dövlət qurumları tərəfindən törədilən sui-qəsd cəhdi olması sübuta yetiriləcəyi təqdirdə bunun Rusiya üçün diplomatik nəticələri olacaq”.
Bunu Almaniya Xarici İşlər nazir Hayko Mass bu gün Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Almaniyanın XİN başçısı bildirib ki, bu, sübut olunarsa, Almaniya Rusiyaya diplomatik sanksiyalar tətbiq edəcək: “Rusiyanın Navalnı məsələsi ilə bağlı açıqlamasına gəlincə, deyə bilərəm ki, biz Tiergartendə törədilən qətl məsələsində davrandığımız kimi hərəkət edəcəyik”.
Qeyd edək ki, 2019-cu ilin avqustunda Berlinin Kleiner Tiergarten parkında etnik çeçen olan Gürcüstan vətəndaşının qətlinin araşdırılmasında Rusiya tərəfi əməkdaşlıq göstərmədiyi üçün Almaniya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən xaric etmişdi. (apa)