XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 22:24

Türkiyədə koronavirusdan gündəlik ölüm sayında artım müşahidə olunur –Səhiyyə naziri

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 36 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 107 814 şübhəli koronavirus testindən keçib, onlardan 1517-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 896 nəfər olub, 1017 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 265 515 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 241 809 nəfər sağalıb, 6245 nəfər ölüb.

Nazir ağır və aktiv xəstə sayının, eləcə də ölü sayının çoxluğundan narahatlığını ifadə edərək bildirib ki, bu sayları azaltmaqda ən önəmli məsələ tədbirlərə düzgün əməl etməkdir.