XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2020 - 19:04

Birləşmiş Ərəb Əmirlikləri İsrailə qarşı iqtisadi boykotu ləğv edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailə qarşı iqtisadi boykotu ləğv edən ilk ərəb ölkəsi olub.

Azərtac xəbər verir ki, bu barədə rəsmi WAM agentliyi məlumat yayıb.

Avqustun 29-da BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan İsrailə iqtisadi boykot tətbiq edilməsi barədə 1972-ci ildə qəbul edilmiş federal qanunun qüvvədən düşməsi barədə sərəncam imzalayıb. Qeyd olunub ki, Əmirliklərin bu addımı İsraillə diplomatik münasibətlərin qurulması və ticarət əlaqələrinin yaradılması çərçivəsində atılıb. İki ölkə arasında sərmayələr və texnoloji innovasiyalar sahələrində də əməkdaşlıq nəzərdə tutulur.

BƏƏ Prezidentinin bu qərarından sonra hər iki ölkənin şirkətləri əməkdaşlığa dair sazişlər imzalaya biləcəklər. İsrail mallarının Əmirliklərə idxalına qoyulmuş qadağalar da aradan qaldırılır. Bundan başqa, Əbu-Dabi və Tel-Əviv arasında birbaşa aviareyslər də bərpa edilir.