XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

29 Avqust 2020 - 22:05

Türkiyədə koronavirusdan sağalanların sayı 242 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 39 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 284 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 549 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 003 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 242 812 nəfər təşkil edir.