XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2020 - 22:31

Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda Türk Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.

APA-nın yerli bürosunun xəbərinə görə, təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında Türkiyə-İran sərhədində baş verən atışmada iki hərbçi ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə rəğmən onların həyatını xilas etmək mümkün olmayıb.