XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

30 Avqust 2020 - 09:55

“Təhlükəli asteroid Yerin yaxınlığından keçəcək” –NASA

ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 22-49 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib.

İdarənin məlumatına görə, “2011 ES4” adı almış asteroid sentyabrın biri  planetimizin yanından 120 milyon kilometr məsafədə, 8 km/s sürətlə keçəcək.

Asteroid 2011-ci ilin mart ayında kəşf edilib. Astronomlar onu Apollona – orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər. /Report.az