XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Avqust 2020 - 10:00

Donald Tramp:“ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır”

ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika səlahiyyətlilərinin İraqdakı əsgər sayını azaltmaq barədə planlarını dəstəkləyib.

Bu barədə Tramp “Twitter” hesabında yazıb.

“ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır” deyə, o yazıb.

ABŞ İraqda təxminən 5 200 hərbi qulluqçu saxlayır. Tramp adminstrasiyası qoşunların sayını 3 500-ə endirmək istəyir.

Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir. /Report.az