İranın cənubunda yerləşən Fars vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 08:06-da qeydə alınıb. Yeraltı təkanların episentri Mohr şəhərindən 13 kilometr məsafədə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.