XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 March 2016 - 07:35

Rostov-Donun hava limanının uçuş zolağı bərpa olunub

rostov

 

Rusiyanın Rostov-na-Donu şəhər aeroportunun uçuş-enmə zolağı bərpa edilib.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, martın 19-a keçən gecə “Boeing” təyyarəsinin qəzaya uğraması nəticəsində havalimanının asfalt-beton örtüyü, elektrik enerji təchizatı şəbəkəsi və işıq-siqnal sistemi sıradan çıxıb.

Bildirilir ki, bu gündən etibarən “Boeing” şirkətinin mütəxəssisləri  təhqiqatlara qoşulacaqlar.(APA)

Xatırladaq ki, Dubay-Rostov marşrutu üzrə uçan  “flydubai” aviaşirkətinə məxsus “Boeing” sərnişin təyyarəsi şənbə gününə keçən gecə havalimanına eniş edərkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 62 nəfər olub. Onların hamısı ölüb.