XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

21 Mart 2016 - 07:44

Türkiydə polis kürdlərin novruz aksiyasını dağıdıb

kurd novruz

 

Türkiyə polisinin Silvepi şəhərində kürdlərin novruz şənliyinə qarşı hücumunda azı 19 nəfər həbs olunub.

RT xəbər kanalının məlumatına görə, bir neçə yüz kürd novruz şənliyi keçirmək üçün Şirnak vilayətinin cənub-şərqində yerləşən Silvepi şəhərinin küçələrinə çıxıb.  Türkiyə dövləti tərəfindən hər cür novruz mərasiminin keçirilməsinə qadağa qoyulması səbəbindən polis aksiyanı dağıdıb.

Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək, mərasim iştirakçılarını dağıtmağa çalışıb.

Məlumatlara əsasən, polis və əhalidən bir neçə nəfər bir-biri ilə toqquşub, bu şənliyin bəzi iştirakçıları da polisi daşa basıblar. Bəziləri də yolları bağlayıb, avtomobil şinlərini yandıraraq, polisin dağılmaq üzrə göstərişlərinə məhəl qoymayıblar.

Polis də gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək, mərasim iştirakçılarını dağıdıb. Bu hücumda bir polis yaralanıb, 19 nəfər də həbs olunub.