XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 12:27

ABŞ-da təyyarə qəzaya uğrayıb –3 nəfər ölüb

ABŞ-ın Texas ştatında mülki təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Hyuston şəhərinin 137 km şimal-qərbində yerləşən Brayn şəhərinin “Coulter Field” hava limanında baş verib.

Federal Mülki Aviasiya İdarəsinin sözçüsü Linn Lansford bildirib ki, tək mühərrikli “Piper PA 24” tipli təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.