XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 13:54

Litva, Latviya, Estoniya Belarusa qarşı sanksiya tətbiq edəcək

Litva, Latviya və Estoniya Belarusun Prezident Aleksandr Lukaşenko başda olmaqla 30 rəsmi şəxsinə qarşı viza sanksiyası tətbiq edəcək.

“Reuters” xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda bu barədə bildirərkən həmin şəxslərin adıçəkilən ölkələrə girişinə məhdudiyyət qoyulacağını qeyd edib.

Xatırladaq ki, avqust ayının 9-da Belarusda prezident seçkiləri keçirilib və dövlət başçısı Aleksand Lukaşenko seçkilərin qalibi elan edilib. Müxalifət seçkilərdə saxtakarlıq olduğunu və bu nəticəni tanımadıqları açıqlayıb, ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Avropa İttifaqı daxil olmaqla bir çox beynəlxalq təşkilatlar və ölkələr Belarusa qarşı müxtəlif sanksiyalar tətbiq edib. (report)