XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 08:00

Qazaxstanda məmurlara smartofondan və planşetdən istifadəqadağan edildi

 

smartfon

Qazaxıstanda dövlət müəssisələrində smartfon və planşetdən istifadə qadağan edilib.

Yerli media yazır ki, qadağa foto və videokamerası olan, internetə bağlana bilən mobil cihazlara şamil edilib. Qadağa hələ ki, yalnız zəng edə və zəngə cavab verən, SMS göndərilməsi mümkün olan“sadə” telefonlara aid edilməyib.

Dövlət idarələrində smartfon və planşetdən istifadə etməmək tapşırığını baş nazir hələ martın əvvəlindən verib. Tədbir informasiya təhlükəsizliyi ilə əlaqələndirilir. Maraqlı burasıdır ki, bu xəbərin özü elə mobil messencerlərlə yayılıb: Tengrineys yazır ki, hökumıtin qərarı WhatsApp-da yayılıb.

NAZİRLƏR QƏRARI ƏSASLANDIRIRLAR

Nazirlər belə bir qərar verildiyini təsdiqləyiblər. Bildiriblər ki, işdə smartfon və planşetdən istifadə qadağan edilib və onlar bununla, sadəcə, baş nazirin təşəbbüsünü dəstəkləyiblər.

Daxili işlər naziri Kalmuxanbet Kasımov: “Bəli, belə bir qərar verilib. Bizim xidmət operativlik tələb edir. Bizdə çoxlu məxfi məsələlər var. Onlara çıxış yoxdur. Biz bu qərara qədər də öz iclaslarımızda, demək olar ki, bu cihazlardan istifadə etmirdik”.

Səhiyyə naziri Tamara Dyusenov: “Bu təcrübə bir çox hakimiyyət qurumunda yayılıb. Hesab edirəm ki, bu, normaldır. Bu o mənanı vermir ki, biz telefondan heç istifadə etmirik. Ancaq işə gələndə telefonu təyin olunmuş yerdə qoymaq lazımdır, çıxanda isə hər kəs telefonunu götürür”.

İdman və mədəniyyət naziri Arıstanbek Muhammedoulu: “Dünya sürətlə dəyişir və bu tələb başqa ölkələrdə də var. Təhkükəsizliyə hesablanıb. Dövlət orqanları məxfi informasiyalar daşıyır. Əlbəttə ki, bu məhdudiyyət əsaslandırılır. Bu, dünyada mövcud təcrübədir. Kazaxıstanda da bu təcrübə öyrənilib və belə bir qərar verilib. Biz buna əməl etməliyik”.