çeçenistan prezidenti Ramzan Kadırov çeçen kişilərə müraciət edib: «Bəsdir! özünüzü çeçen kimi aparın. Belə şeylər yazmayın. Kişilər, öz qadınlarınızı WhatsApp-dan yığışdırın».
çeçen liderinin belə deməsi bu günlərdə 57 yaşlı polis rəisi ilə 17 yaşlı qızın evlənməsinə sosial mediada çox kəskin reaksiyalarla bağlıdır.
Ramzan Kadırov bundan əvvəl də WhatsApp-ın çeçenlərə mənfi təsirindən danışırdı və deyirdi ki, İŞİD təşkilatı çeçenlər arasında özünə tərəfdarları WhatsApp vasitəsilə yığır.