XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2020 - 19:23

Gürcüstanda parlament seçkiləri keçiriləcək –Bu tarixdə

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikası Ali Şurasına seçkiləri çağırıb.

Gürcüstan prezidentinin bu gün imzaladığı fərmana əsasən 31 oktyabr tarixində ölkə ərazisində seçkilər keçiriləcək.

Qeyd edək ki, bu il Gürcüstanda parlament seçkiləri qarışıq sistemlə (120 deputat proporsional, 30 deputat majoritar) keçiriləcək. Seçkilərdə 40%-dən çox səs ala bilməyən partiya təkbaşına hökumət qura bilməyəcək, seçki baryeri isə 1% təşkil edəcək. (apa)