XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 22:59

Kolorado ştatı tarixinin ən böyük yanğınına məruz qalıb –56 min hektar meşəni əhatə edib

Kolorado tarixindəki ən böyük yanğın 56 min hektar meşəni əhatə edib.

Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, təbii fəlakət ildırım vurması səbəbindən təxminən bir ay əvvəl başlayıb.

Hazırda yanğın 56 min hektardan çox ərazini əhatə edib, bir neçə kiçik yaşayış məntəqəsinə təhlükə var.

Yanğının söndürülməsində 900-dən çox yanğınsöndürən iştirak edir, lakin quru və küləkli hava prosesə ciddi əngəl törədir.